• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Avropa kütləvi olaraq silahlanmalıdır

DÜNYA

24 Oktyabr 2022 | 16:55

Avropa kütləvi olaraq silahlanmalıdır

“Avropa İttifaqı (Aİ) ölkələri Ukraynadakı müharibə fonunda silahlanma xərclərini artırmağa məcburdur”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Polşa, Almaniya və Litvanın silahlanma üçün xərcləri artırmaq niyyətinə münasibət bildirərkən deyib.

“Fikrimcə, hazırkı vəziyyətdə başqa seçimimiz yoxdur”, - o bildirib.

Onun sözlərinə görə, Ukraynaya hərbi yardım göstərildiyinə görə Avropa ölkələri silah ehtiyatlarını artırmalıdır: “Avropalılar vətəndaşlarının, gələcək nəsillərin təhlükəsizliyi üçün məsuliyyət daşımalıdırlar. Bu, şıltaqlıq deyil, ideal dünyada yaşamamağımızın nəticəsidir. Biz sadəlövh olmamalıyıq”.

Ş.Mişel hesab edir ki, Aİ-nin ümumi müdafiə strategiyasına ehtiyacı var. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026