Türkiyənin Düzce rayonunda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 68-ə çatıb.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.
Onun sözlərinə görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
***
11:18
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.
Bakıvaxtı.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Mütəxəssislər yeraltı təkanların təkrarlana biləcəyini istisna etmirlər.
***
10:02
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.
Bakıvaxtı.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib ki, zəlsələdə ölən olmayıb: “Bu, ən böyük təsəllimizdir”.
O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan mövcud durumla yaxından izləyir: “Bəzi yerlərdə elektrik enerjisi kəsilib, amma tədricən bərpa edilir. Gün ərzində bu məsələ həllini tapacaq.
Zəlzələdən sonra 70-dən çox afterşoklar qeydə alınıb. Müxtəlif qurumlar, o cümlədən Qızıl Aypara Cəmiyyəti vətəndaşlarımıza kömək edir, dəstək olurlar”.
Nazirin sözlərinə görə, əraziyə xilasedicilər cəlb edilib: “Zəlzələ bir çox regionda hiss edilib”.
Düzce valisi Cevdat Atay bəzi ərazilərdə, o cümlədən Düzcede və Boluda məktəblərdə tədrisin dayandırıldığını bildirib.
Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın sözlərinə görə isə vətəndaşlara dəstək olmaq üçün bölgəyə 10 psixososial qrup göndərilib.
***
09:12
Türkiyədə zəlzələ nəticəsində xəsarət alanların sayı 35-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca sosial media hesablarında paylaşım edib.
Xəsarət alanlardan birinin vəziyyəti ağır qimətləndirilir.
***
06:59
Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbərverir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.
Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.
Zəlzələ nəticəsində 22 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
















