• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Paytaxtda partlayış - Xeyli sayda ölü və yaralı var

DÜNYA

23 Dekabr 2022 | 11:20

Paytaxtda partlayış - Xeyli sayda ölü və yaralı var

Pakistanın paytaxtı İslamabadda partlayıcı quraşdırılmış avtomobilin partlaması nəticəsində azı bir polis əməkdaşı ölüb, dördü isə yaralanıb.

Bakıvaxtı.az  xəbər verir ki, Pakistanın “Geo TV” kanalının saytı bildirib.

Yerli polis idarəsindən verilən məlumata görə, polis avtomobili yoxlamaq üçün saxladıqdan sonra partlayış baş verib.

Hadisənin terror aktı olması barədə polis hər hansı bir açıqlama verməyib, hazırda hadisə yerində olan müvafiq qurumlar təxirəsalınmaz tədbirlər həyata keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR