• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qeyri-adi tapıntı: Uşaq itlərlə birlikdə dəfn edilib

DÜNYA

22 Yanvar 2023 | 09:51 | Müəllif: Subhan Mahmudov

Qeyri-adi tapıntı: Uşaq itlərlə birlikdə dəfn edilib

Misirin paytaxtı olan Qahirə şəhəri yaxınlığında aparılan arxeoloji qazıntılar nəticəsində məzardan aşkar edilən səkkiz yaşlı uşaq nəşinin yanından 142 it skeleti aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, məzar eramızdan əvvəl birinci əsrlə bizim eranın ilk illəri arasındakı tarixi dönəmə aiddir.

Arxeoloqlar itlərin eyni vaxtda, heç bir zorakılıq olmadan öldüklərini təxmin edirlər. Bu isə heyvanların sel nəticəsində tələf olduğu güman etməyə əsas verir.

Mütəxəssislər qeyd ediblər ki, qədim misirlilərin çoxsaylı heyvanlara sitayiş etmələrinə baxmayaraq, itlər adətən müqəddəs sayılmırdı.

Lakin bununla bərabər bəzi itlərin mumiyalanaraq sahibləri ilə birlikdə basdırılması halına da rast gəlinib.

Uşağın hansı səbəbdən itlərlə basdırıldığı məlum deyil.

Tədqiqatçıların ilkin versiyası ondan ibarətdir ki, yeniyetmə itlərə qulluq edərkən təbii fəlakət baş verib və uşaq itlərlə bərabər öldüyündən onları birlikdə basdırılıb.(oxu.az)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026