• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hataydakı zəlzələlər 7 ölkədə hiss olundu

DÜNYA

21 Fevral 2023 | 09:27 | Müəllif: Qalib İbrahimoğlu

Hataydakı zəlzələlər 7 ölkədə hiss olundu

Hatayın Dəfnə və Samandağ rayonlarında dünən axşam saatlarında baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlər Yaxın Şərq və Şimali Afrikanı silkələyib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir kİ. yeraltı təkanlar Suriya, İordaniya, İraq, Fələstin, İsrail, Livan və Misirdə hiss olunub.

Zəlzələlərin ən çox hiss olunduğu ölkələrdən biri olan Livanda insanlar təşviş içində küçələrə axışıb.

Paytaxt Beyrutun bir çox məhəlləsində insanların evlərini tərk edərək küçələrə çıxdığı müşahidə edilib.

Xüsusilə şəhərdə köhnə qəsəbələrin cəmləşdiyi Tarik el-Cedid və Dahiye məhəllələrində küçələə axışan insanlar yaxınlıqdakı boş yerlərə toplaşmağa başlayıb. Minlərlə insan Kaş Kaş rayonundakı Horş parkına toplaşıb.

Livanın Təhsil və Ali Təhsil Naziri Dr. Abbas əl-Halebi zəlzələdən sonra məktəblərin vəziyyəti ilə bağlı açıqlama verib. O, zəlzələ səbəbiylə ölkə daxilində bütün məktəb və universitetlərin bir gün müddətinə dayandırıldığını açıqlayıb.

Murad Məmmədli


Hataydakı zəlzələlər 7 ölkədə hiss olunduHataydakı zəlzələlər 7 ölkədə hiss olundu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026