• Bakı 9° C

    11.96 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Suriyada zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb

DÜNYA

20 Fevral 2023 | 23:55 | Müəllif: Subhan Mahmudov

Suriyada zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb

Suriyanın şimalında yerləşən Hələbdə baş verən zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Binaların uçması zamanı yaralanan 6 nəfər şəhər xəstəxanasına çatdırılıb.

Hələb səhiyyə idarəsinin rəhbəri Ziyad əl-Hac Tahanın qeyd etdiyi kimi, xəstəxanaya aparılan sakinlərin ciddi xəsarətləri yoxdur.

Yeraltı təkanlar nəticəsində Hələbin bir neçə məhəlləsində binalar uçub.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Zəlzələ Livan, Suriya, Kipr və İsraildə də hiss olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026