• Bakı 20° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Avropada təbii qaz bahalaşdı

İQTİSADİYYAT

20 Sentyabr 2023 | 10:19

Avropada təbii qaz bahalaşdı

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 410 ABŞ dollarını ötüb.

Bakıvaxtı.az xəbər verir ki, 19 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 412,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (381,4 dollar) ilə müqayisədə 8,2% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR