• Bakı 21° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Avtomobil KANALA AŞDI: Ölənlər və yaralılar var

 

HADİSƏ

06 Dekabr 2022 | 08:59 | Müəllif: Qalib İbrahimoğlu

Avtomobil KANALA AŞDI: Ölənlər və yaralılar var

Kürdəmir rayonunun Qarasaqqal kəndində ağır yol qəzası baş verib.

Bakıvaxtı.az "report.az"a istinadla xəbər verir ki, rayonun Yenikənd kənd sakini 1993-cü il təvəllüdlü Qubadov Abdulla Təvəkkül oğlu "KİA" markalı avtomaşınla kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Sürücü hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin - rayonun Xırdapay kənd sakinləri 1988-ci il təvəllüdlü Daşdıyev Ramal Durhəsən oğlu, 1992-ci il təvəllüdlü Manafov Mayıl Habil oğlu və Atakişili kənd sakini 1992-ci il təvəllüdlü Nəbiyev Elmin Fərhad oğlu təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, sərnişinlərdən biri 34 yaşlı Daşdıyev Ramal Durhəsən oğlu xəstəxanada dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

08:52

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, hadisə rayonun Qarasaqqal kəndində qeydə alınıb.

Belə ki, "112" qaynar telefon xəttinə Qarasaqqal kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili dərinliyi təqribən 2 metr olan su kanalına aşıb, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR