• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Evdən 15 min dollarlıq antik əşyalar oğurlandı

HADİSƏ

04 Yanvar 2023 | 12:00

Evdən 15 min dollarlıq antik əşyalar oğurlandı

Nərimanov rayonunda M.Araz küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 15000 dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanması barədə polis məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, oğurluğun ev sahibin evdə olmadığı son 15 gün ərzində törədildiyi bildilirdi.

Polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum olunan, 1996-cı il təvəllüdlü Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb. Oğurlanan əşyaların yeri tapılaraq maddi sübüt kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaqdır.

R.Tağıyev cinayət məsuliyyətinə cəlb edilib.

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026