• Bakı 18° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Dənizdə narkotik kisəsi aşkarlandı - FOTOLAR

HADİSƏ

03 Fevral 2023 | 11:50

Dənizdə narkotik kisəsi aşkarlandı - FOTOLAR

Fevral ayının 1-də saat 15:05-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Astara reydində, Xəzər dənizinin Azərbaycan Respublikası sektorunda sahildən 11.4 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış 2 ədəd kisə aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Xərkəzindən məlumat verilib.

Kisələrə baxış zamanı ümumi çəkisi 12 kiloqram 60 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Dənizdə narkotik kisəsi aşkarlandı - FOTOLARDənizdə narkotik kisəsi aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR