• Bakı 19° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Azərbaycan-İran münasibətləri bundan sonra…”

SİYASƏT

30 Yanvar 2023 | 16:50

“Azərbaycan-İran münasibətləri bundan sonra…”

“Adətən bir çox ölkələr arasında belə gərginliklər yaranır, onda həmin ölkələrdən biri öz səfirliyinin əməkdaşlarının təhlükəsizliyinə təminat olmadığına görə onları tamamilə təxliyə edir, geri qaytarır. Bu, İran üçün çox böyük bir mənfi nəticədir. Çünki İran 1961-ci il Vyana Konvesniyasını kobud şəkildə pozub”.

Bunu politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a Azərbaycanın İrandakı səfirliyini bağlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, belə ki, İran tərəfindən törədilən terror aktı nəticəsində səfirliyimizin bir əməkdaşı ölüb, ikisi isə yaralanıb:

“Hətta orda Vasif Tağıyevin qoçaqlığı olmasaydı, həm ölənlərin sayı çox olacaqdı, həm də səfirlik əməkdaşlarının ailələri təhlükəyə məruz qalacaqdı. Ona görə də Azərbaycanın İrana nə etibarı, nə də etimadı qaldı”.

İran-Azərbaycan münasibətlərinə gəlincə, C.Nuriyev münasibətlərin onsuz da gərgin olduğunu deyir. Müsahibimiz bildirib ki, Azərbaycan müstəqillik qazanandan bəri İran bizi çıxdaş edib: “Hələ 1991-ci il dekabr ayının 7-də İrana Azərbaycan parlamentinin nümayəndə heyəti getdi, inanın, 1 həftə ərzində başımıza açılmayan oyun qalmadı. Hətta farslar qəsdən Təbrizdə bizim nümayəndə heyətinin pullarını belə oğurladılar ki, biz deyək ki, təbrizlilər oğrudur”.

C.Nuriyevin dediyinə görə, bi, həmin İrandır ki, birinci Qarabağ müharibəsinin gedişində də ermənilərə silah ötürürdülər. “Birinci Qarabağ müharibəsində uduzmağımızda İranın “müstəsna” rolu var. İran ikinci Qarabağ müharibəsində də əqrəb siyasətindən əl çəkmədi və yenə də Ermənistanla eyni ampluada oldular”.

Müsahibimiz deyib ki, Azərbaycan indiyə qədər heç bir diplomatik etiketi pozmayıb:

“Həmçinin biz Bakıda da İranın səfirliyinə təminat veririk. Bizim Təbrizdə hələlik konsulluğumuz qalıb. Bundan sonra Azərbaycan və İran münasibətlərinin isinəcəyi inandırıcı deyil. Hadisələrin gedişindən çox şey asılıdır”.

Ekspert İran hakimiyyətinin 44-cü ilinin tamam olduğunu xatırladaraq, qeyd edib ki, 44 günə Ermənistan çökmüşdü, inşallah 44-cü ilin tamamında da İran hakimiyyəti çökər.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR