• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəldi

İDMAN

02 Sentyabr 2022 | 15:49

Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəldi

Minifutbol üzrə “Beerbaşa” klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib.

Bakıvaxtı.az Azərbaycan Minifutbol Federasiyasına istinadən xəbər verir ki, təmsilçimiz EMF Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir.

“Beerbaşa” III turda Rumıniya klubu AEK-i məğlub edib. 4:0 hesablı qələbə Azərbaycan klubuna 1/8 finala vəsiqə qazandırıb.

Təmsilçimiz bu qələbə ilə daha bir tarixi uğura imza atıb. Tarixdə ilk dəfə Azərbaycan klubu minifutbol üzrə Çempionlar Liqasında mərhələ adlayıb.

Qeyd edək ki, “Beerbaşa” qrup mərhələsində keçirdiyi üç oyunda 2 qələbə qazanıb.


Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəldi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026