• Bakı C

    7.27 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Azərbaycan Münxendə: sülh, kommunikasiya xətləri və Avropanın enerji təhlükəsizliyi

SİYASƏT

16 Fevral 2026 | 17:45

Azərbaycan Münxendə: sülh, kommunikasiya xətləri və Avropanın enerji təhlükəsizliyi

"Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlər Azərbaycanın xarici siyasətinin çoxvektorlu, praqmatik və geosiyasi reallıqlara uyğunlaşdırılmış xəttini bir daha nümayiş etdirir".

Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, regionda siyasi, iqtisadi, kommunukasiya  təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı dövrdəyik:

"Bu görüşlərin siyahısına baxsaq, onların protokol xarakterli diplomatik təmaslar deyil, əksinə, mövcud reallıqlara uyğun bölgənin bu günü və gələcəyinə hesablanan danışıqlar olduğunu qeyd edə bilərik. Münxen platforması qlobal təhlükəsizlik gündəliyinin formalaşdırıldığı əsas diplomatik məkanlardan biri hesab olunur. Bu kontekstdə prezident  İlham Əliyevin keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq sistemdə özünü  etibarlı tərəfdaşı kimi təqdim etməsinə xidmət edir. Avropa auditoriyası üçün maraq doğuran məqam Azərbaycan və Ermənistan arasında sülh gündəliyidir”.

Müsahibimizə görə, təsadüfi deyil ki, Münxen görüşlərinin mühüm istiqamətlərindən biri kimi  post-münaqişə diplomatiyası oldu.  Azərbaycan liderinin beynəlxalq tərəfdaşlarla təmaslarında sülh müqaviləsi və regional kommunikasiyaların açılması kimi məsələlərə bir daha aydınlıq gətirildi. Bu, xüsusilə Qərb platformalarında Azərbaycanın mövqeyinin birbaşa izah olunması baxımından əhəmiyyətlidir.

Zaur Məmmədov, politoloq

Analitik qeyd edib ki, Münxen platformasındakı görüş və bəyanatlarda digər istiqamət - Azərbaycanın enerji siyasəti və aparılan siyasət, görülən və görüləcək işlər oldu:

"Enerji təchizatı və təbii qaz mövzusunda bu dəfə daha konkret şəkildə Transxəzər mövzusuna toxunuldu. ABŞ-nin yeni Qafqaz siyasəti fonunda  Avropa İttifaqı yəgin ki mövzu ilə bağlı daha məsuliyyətli olacaq. Beləliklə, Münxen görüşləri əsasında  mövzuları ümumiləşdirmək mümkündür. Münaqişə arxada qalıb. Separatçı liderlər cinayətkardırlar. Onlar törətdikləri cinayətlərə görə cavab verəcəklər. Azərbaycan və Ermənistan arasında bu gün faktiki sülhdür. Tərəflər arasında artıq iqtisadi əlaqələr var, regional kommunikasiyalar açılır. Azərbaycan bölgədə yeni reallıq yaradıb, Avropanın enerji təhlükəsizliyi üçün Cənubi Qafqazda hər bir şərait var. Yeni layihələri işə salaraq Orta xətt projesini gücləndirmək lazımdır”.

“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlər Azərbaycanın yalnız regional gündəliklə kifayətlənmədiyini, eyni zamanda Avrasiyanın siyasi və iqtisadi sistemində  institusional rolunu genişləndirməyə çalışdığını göstərir”, - deyə Zaur Məmmədov əlavə edib

Aydın Baxış


SON XƏBƏRLƏR