• Bakı 16° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycanda 4-cü doza peyvənd vurulacaq?

CƏMİYYƏT

10 Fevral 2022 | 13:33

Azərbaycanda 4-cü doza peyvənd vurulacaq?

"Bəzi ölkələrdə artıq koronavirus əleyhinə 4-cü dozanın vurulmasına qərar verilib".

Bakıvaxtı.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib.

Onun sözlərinə görə, lakin Azərbaycanda bu gün üçün belə qərar yoxdur. Nazir deyib ki, insanlar buster dozanı öz istəyi ilə qəbul edirlər.

Hazırda 5-ci və 6-cı dozaların vurulmasının əhəmiyyəti barədə elmi araşdırmalar olmadığını deyən T.Musayev hesab edir ki, bu baxımdan bir qədər səbirli olmaq lazımdır.

"Nazirliyin tərkibindəki Tibbi Elmi Şurada mütəxəssislər var. Onların iştirakı ilə mütəmadi iclaslar keçirilir, qabaqcıl ölkələrin təcrübəsi təhlil edilir və onlara əsasən ölkədə istənilən vaksinasiya rejimi tətbiq edilir”.

Nazir hazırda Səhiyyə Nazirliyi tərəfindən COVID-19 əleyhinə 4-cü doza peyvəndin vurulmasının tövsiyə edilmədiyin vurğulıayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026