2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 2952 ədəd stolüstü, 330 ədəd isə dizüstü fərdi kompüter istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 3.3 dəfə stolüstü kompüter, 22 dəfə isə dizüstü kompüter istehsalı artıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında 898 ədəd stolüstü kompüter, 15 ədəd isə dizüstü kompüter istehsal edilib.
















