• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycanda polis QƏZADA ÖLDÜ

HADİSƏ

03 Sentyabr 2022 | 11:57 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda polis QƏZADA ÖLDÜ

Xaçmazda polis əməkdaşı yol qəzasında ölüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 3-ü saat 1 radələrində rayonun Nabran kəndi ərazisində qeydə alınıb.

Belə ki, Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hunday” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə o, hadisə yerində ölüb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026