• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Avtobus qəzaya uğradı - Xeyli sayda yaralı var

HADİSƏ

03 Oktyabr 2022 | 11:14

Avtobus qəzaya uğradı - Xeyli sayda yaralı var

Türkiyənin Ərzincan vilayətində mikroavtobusun qəzaya uğraması nəticəsində 21 nəfər xəsarət alıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə CNN Turk məlumat yayıb.


Qəza Ərzincan-Sivas yolunda, Qızıldağ yaşayış məntəqəsində yerli vaxtla saat 04:30-da baş verib.

Bursadan Tunceli şəhərinin Ovacık rayonuna gedən mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində qəza baş verib.

Xəsarət alanlara yerindəcə ilkin tibbi yardım göstərilib və müalicə almaq üçün xəstəxanalara yerləşdiriblər.

Qeyd olunub ki, mikroavtobusda olan sərnişinlər Ovacık rayonuna yas mərasiminə gedirdilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR