• Bakı 15° C

    8.24 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Azərbaycanda saytlara girişdə niyə problem yarandı? - AÇIQLAMA

CƏMİYYƏT

23 Iyun 2022 | 13:54

Azərbaycanda saytlara girişdə niyə problem yarandı? - AÇIQLAMA

"Bu ilin iyunun 21-də, səhər saatlarında Azərbaycanda bəzi internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Sözügedən problem hər hansı bir kiberhücum və ya yerli internet provayderlərinin infrastrukturu ilə əlaqəli deyil".

Bu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakıvaxtı.az-ın informasiya sorğusuna verdiyi cavabda bildirilib.

Cavabda qeyd olunub ki, fasilələr “Cloudflare” şirkətinin xidmətində baş verən texniki problemdən qaynaqlanıb: "Cloudflare” veb-əsaslı tətbiqlər üçün təhlükəsizlik həlləri təqdim edən qlobal platformadır. Ölkəmizdə bu platformanın təqdim etdiyi xidmətlərdən, xüsusilə veb-tətbiqlər üçün təhlükəsizlik divarı (WAF) xidmətindən istifadə edən çox sayda internet informasiya ehtiyatı mövcuddur.
Şirkətin rəsmi açıqlamasına əsasən, provayderin şəbəkə arxitekturasında əsaslı dəyişikliklərin edilməsi prosesində yol verilən konfiqurasiya səhvi bütövlükdə şəbəkənin əlçatanlığına təsir edib. İnsident 93 dəqiqə davam edib və bu “Cloudflare” şirkətinin 19 data mərkəzində qeydə alınıb. Hazırda provayder tərəfindən problem aradan qaldırılıb və bütün data mərkəzlərin fəaliyyəti bərpa edilib".

Ramid İbrahimov


SON XƏBƏRLƏR

15 Aprel 2024