• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Azəriqaz” əməkdaşlarına hücum edilib 

CƏMİYYƏT

25 May 2021 | 17:55

“Azəriqaz” əməkdaşlarına hücum edilib

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarına hücum olub.

Qurumdan Bakıvaxtı.az-a verilən məlumata əsasən, Birliyinin dörd əməkdaşı Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci Mədən ərazisində xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb.

Bildirilib ki, onların arasında qrup rəhbəri kimi çalışan İlkin Əzizov daha çox xəsarət alıb. Abonentə onun evinin yanından keçən yeraltı qaz xəttində Birliyin vəsaiti hesabına təmir işləri aparılacağı bildirilib. Bundan başqa, həmin həyətdən keçən qaz xəttində qanunsuz birləşmə aşkarlanıb. Görüləcək işlərə mane olan Elnur Əliyev adlı şəxs Birliyin əməkdaşlarına hücum edib.

Qeyd edilib ki, baş verənlərlə bağlı cinayət işi açılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026