• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yasamal rayonu General Həmidov küçəsi əsaslı təmir edilir

CƏMİYYƏT

24 Iyun 2021 | 16:16

Yasamal rayonu General Həmidov küçəsi əsaslı təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rahat gediş-gəlişin təmin olunması məqsədi ilə Yasamal rayonu General Həmidov küçəsində təmir-tikinti işləri aparılır.

Qurumdan Bakıvaxtı.az-a daxil olan məlumata görə, aparılan təmir işləri çərçivəsində 340 metr uzunluğa malik küçə boyu köhnə asfalt-beton örtüyünün yenilənməsi ilə yanaşı, zəruri olan yerlərdə piyada səkilərinin bərpası, səkilərin hərəkət hissəsinin asfaltlanması, köhnə səki daşlarının yenisi ilə əvəz edilməsi icra olunur. Təmir işləri aparılan ərazinin ümumi sahəsi 4 min kv.m təşkil edir.

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur.

Qeyd edək ki, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Yasamal rayonu üzrə ümumi uzunluğu 4 km olan 11 küçə və yolda yenidənqurma işləri icra olunur.

YOLUNUZ AÇIQ OLSUN...


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026