• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Psixoloq: “Qaziləri intihara vadar edən sosial problemləridir”

CƏMİYYƏT

24 Iyul 2021 | 12:38

Psixoloq: “Qaziləri intihara vadar edən sosial problemləridir”

TƏBİB tərəfindən verilən məlumata görə qazilər arasında intihar halı artıb.

Məlumatda bildirilir ki, psixoloq yardımı könüllü seçilir, lakin bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımı qəbul etmirlər.

Psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qaziləri narahat edən yalnız psixoloji yardım deyil, orda digər məqamlar da var: “Məsələn, məşğulluqla bağlı, onların sosial problemləri və s. Bu kompleks hal həll olunanda, psixoloji yardım da müsbət təsir edə bilər. Yox, adamın başqa problemləri var və bu, onu narahat edirsə psixoloji yardıma əlbəttə, can yandırmaz. Ona görə də bu prosses kompleks həyata keçirilməlidir”.

Psixoloq qeyd edib ki, psixoloji yardım əlçatan olmalıdır: “Qazi yaşadığı ərazidə psixoloji yardım ala bilməlidir. TƏBİB tərəfindən də qeyd olundu ki, artıq ondan yuxarı xəstəxanalarda psixoloji yardımla bağlı yerlər ayrılıb. Ancaq bunu daha da artırmaq və əlçatan etmək lazımdır. Sosial probemi olmayan qaziləri isə intihara aparan post-travmatik stress pozuntusudur. Onlar qırx dörd günlük şiddətli döyüşlərin getdiyi müharibədə iştirak ediblər, gözləri önündə birgə döyüşdükləri yoldaşları həlak olub, hər an ölümlə üz-üzə olublar. Buna görə də psixoloji yardım çox vacibdir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026