• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Əşrəf Qənini təqib etməyəcəyik” - “Taliban”

CƏMİYYƏT

23 Avqust 2021 | 10:10

“Əşrəf Qənini təqib etməyəcəyik” - “Taliban”

“Əşrəf Qənini təqib etməyəcəyik”.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasının nümayəndəsi Xəlil Ür-Rəhman Hakkani söyləyib.

Onun sözlərinə görə, “Taliban”la Əşrəf Qəni və vitse-prezident Əmirulla Saleh arasında düşmənçilik yoxdur: “Onlar Əfqanıstanda yaşaya bilərlər”.

Nümayəndə həmçinin Əfqanıstan xalqına çağırış edib. O, insanları təbliğata uymamağa və ölkəni tərk etməməyə çağırıb.

Hakkani etnik mənsubiyyətindən asılı olmayaraq hamının Əfqanıstanda sakit yaşaya biləcəyini əlavə edib: "Taciklər, bəluclar, puştunlar və həzaralar - hamısı bizim qardaşlarımızdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026