• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu gündən I-IV siniflərdə dərslər başlayır

CƏMİYYƏT

22 Sentyabr 2021 | 00:05 | Müəllif: Subhan Mahmudov

Bu gündən I-IV siniflərdə dərslər başlayır

Bu gündən etibarən ölkədəki bütün məktəblərdə I-IV siniflərdə dərslər bərpa olunur.

Bakıvaxtı.az-ın məlumatına görə, V-XI siniflərdə əyani təhsil isə 29 sentyabr tarixindən başlayacaq.

Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Qeyd edək ki, yeni tədris ilində 158 608 şagird birinci sinfə gedəcək. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq. Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026