• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şənbə günləri də tədris həyata keçirilə bilər - RƏSMİ

CƏMİYYƏT

22 Sentyabr 2021 | 09:10

Şənbə günləri də tədris həyata keçirilə bilər - RƏSMİ

"Əgər hər hansı məktəbdə həqiqətən də ciddi sıxlıq varsa, bu problemin aradan qaldırılması üçün şənbə günləri də tədrisin həyata keçirilməsi mümkündür".

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

BŞTİ müdiri bildirib ki, şənbə günü ictimai nəqliyyat işləmədiyindən müəyyən problemlər yarana bilər, amma müəssisə rəhbəri sorğu keçirərək işlərini tənzimləyə bilər: "Yəni direktorlar bu məsələdə müstəqil qərar verə bilər".

"Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər. Problemi tənzimləmək üçün tədris prosesini növbəli şəkildə qura bilərlər" - o vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026