• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Azyaşlını döyən tərbiyəçi İŞDƏN ÇIXARILDI - YENİLƏNİB

CƏMİYYƏT

14 Yanvar 2022 | 11:38 | Müəllif: Qalib İbrahimoğlu

Azyaşlını döyən tərbiyəçi İŞDƏN ÇIXARILDI - YENİLƏNİB

İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında körpəyə qarşı şiddət göstərən tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb.

Bu barədə Bakıvaxtı.az-a Təhsil Nazirliyindən bildirilib.

Verilən məlumata görə,  Z.Baxışova ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən bu gündən ləğv edilib.

Nazirlik uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu vurğulayıb.

***

10:37

İsmayıllı rayonunda uşaq bağçasında azyaşlını döyən tərbiyəçi işdən uzaqlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev bildirib.

Onun sözlərinə görə, tərbiyəçi Zülfiyyə Baxışova həmin uşağın doğma xalasıdır. "Bu gün uşağın psixoloji durumunu yoxlamaq üçün psixoloq məşğul olacaq".

Qeyd edək ki, hadisə İsmayıllı rayonunun 1 saylı uşaq bağçasında baş verib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bilidirb ki, sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb.

Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026