• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bağdad Amreyev: “Azərbaycanın zəfəri qürur qaynağımızdır”

SİYASƏT

03 Oktyabr 2021 | 12:59

Bağdad Amreyev: “Azərbaycanın zəfəri qürur qaynağımızdır”

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümüdür.

Bakıvaxtı.az xəbər verir ki, bu münasibətlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev bəyanat yayaraq, türk dünyasını təbrik edib.

O bildirib ki, bütün çətinliklərə rəğmən, 2020-2021-ci il türk dünyası üçün müzəffər il olub:

 

“Bu müddətdə başda Azərbaycan torpaqlarının işğaldan azad olunması, suverenliyinin və ərazi bütövlüyünün yenidən təmin olunması olmaqla, çox vacib uğurlar sayəsində əməkdaşlığımız güclənib.

44 gün davam edən Vətən Müharibəsi müddətində Türk Şurası, bütün üzv dövlətlər adından Azərbaycanın haqq savaşını ən güclü şəkildə dəstəkləmişik. Əldə edilən zəfər bütün dövlətlərimiz üçün bir qürur qaynağı olub”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026