• Bakı 21° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Bakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi ediblər

SİYASƏT

07 May 2025 | 21:45 | Müəllif: Subhan Mahmudov

Bakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi ediblər

Azərbaycan və Ermənistan sərhəddə atəşkəs rejiminin pozulması ilə bağlı məlumat mübadiləsi aparıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın aparatı yerli “factor.am” portalının sorğusuna cavab olaraq bildirib.

“Ermənistan Respublikası Azərbaycana atəşkəs rejiminin pozulması ilə bağlı müvafiq məlumatları təqdim edib”, – Paşinyanın aparatında qeyd ediblər və əlavə ediblər ki, Bakı da erməni tərəfinə pozuntularla bağlı məlumat verib.

“Ermənistan tərəfi bu məlumatları araşdırıb və nəticələr barədə müvafiq arayışı Azərbaycan tərəfinə təqdim edib”, – aparat rəsmisi vurğulayıb./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026