• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bakıda avtomobil qadını vuraraq öldürdü

HADİSƏ

26 Sentyabr 2022 | 09:22

Bakıda avtomobil qadını vuraraq öldürdü

Bakıda avtomobil Rəmziyyə Əhmədova vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə sentyabrın 24-ü saat 19:15 radələrində paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, 67 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Bayramlı Anar Şahin oğlu idarə etdiyi "Mersedes" markalı avtomobil ilə yolu keçməyə çalışan Saatlı rayon sakini, 1977-ci il təvəllüdlü Əhmədova Rəmziyyə Bəhlul qızını vurub. Qadın almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya çatdırılarkən yolda ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026