• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bakıda yaşayış binasında partlayış - xəsarət alan var + YENİLƏNİB

HADİSƏ

25 Oktyabr 2022 | 17:30 | Müəllif: Subhan Mahmudov

Bakıda yaşayış binasında partlayış - xəsarət alan var + YENİLƏNİB

TƏBİB bu gün Bakının Yasamal rayonunda yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti barədə məlumat açıqlayıb.

TƏBİB-dən  bildirilib ki, Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinin Reanimasiya şöbəsində Şahin Manafovun müalicəsinə davam edilir. Bədənin 20-25 faiz yanığı, II-III dərəcəli termiki yanıqla Mərkəzə daxil olan pasiyentin vəziyyəti stabil ağır olaraq qiymətləndirilir. /APA
 

 

14:40

Bakıda yaşayış binasında partlayış olub, xəsarət alan var.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarında FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 22 ünvanında yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan üçotaqlı mənzilin hamam otağında ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən otaqların pəncərə çərçivələri yerindən çıxıb, şüşələri qırılıb. Hadisə nəticəsində 1950-ci il təvəllüdlü Manafov Şahin Manaf oğlu xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR