• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Bakıda boya sexində yanğın tam söndürülüb - YENİLƏNİB

HADİSƏ

27 Sentyabr 2024 | 16:07

Bakıda boya sexində yanğın tam söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki boya istehsalı sexində baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin peşəkar fəaliyyəti sayəsində genişlənərək ətraf ərazilərə, o cümlədən yanğının perimetri boyu yerləşən obyektlərə keçməsinə imkan verilmədən tam söndürülüb.

***

15:48

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

***

15:00

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

14:54

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın zamanı obyektin həyətində olan bir neçə avtomobil yanıb.

Bakıvaxtı.az xəbər verir ki, yanğının boya istehsalı müəssisəsində baş verdiyi bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının başvermə səbəbləri araşdırılır.

***

14:44

Xətai rayonu ərazisində baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hazırda ərazidə monitorinq işləri aparır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib.

O qeyd edib ki, havaya yayılan qara tüstü axını ilə bağlı havanın çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə mütəxəssislər tərəfindən atmosfer havasından xüsusi cihazlarla nümunələr götürülür.

***

14:32

27.09.2024-cü il tarixində saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

İndiyədək hadisə ilə əlaqədar olaraq təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

Əlavə məlumat veriləcək.

***

14:29

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

    Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.

    ***

    14:08

    Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

    FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

    ***

    13:50

    Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.

    Bakıvaxtı.az xəbər verir ki, yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

    Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.


    SON XƏBƏRLƏR