• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəbələdə AĞIR QƏZA: ölən və xəsarət alan var - YENİLƏNİB

HADİSƏ

27 Oktyabr 2024 | 11:43 | Müəllif: Subhan Mahmudov

Qəbələdə AĞIR QƏZA: ölən və xəsarət alan var - YENİLƏNİB

Oktyabrın 27-də saat 08 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində hərəkətdə olan “VAZ-2115” markalı avtomobil yolun kənarında dayanan “Ford” markalı avtomobilə dəyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, nəticədə “VAZ”-ın sürücüsü, 1988-ci il təvəllüdlü Kamil Ağaquluyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini, 35 yaşlı Rusif Kərimov xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

10:43

Qəbələ də avtomobil qəzası baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Soltannuxa kənd ərazisində Əmili kənd istiqamətində baş verib.
İlkin məlumata əsasən, VAZ 21015 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, bir nəfər də ağır bədən xəsarəti alıb.

DIN Şəki regional qrupundan bildirilib ki, baş vermiş avtomobil qəzası ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026