Abşeron rayonu, Masazır-Novxanı yolunda baş verən qəzada xəsarət alan sürücü vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, duz gölünün kənarında qeydə alınan qəzada xəsarət alan "VAZ 21099" markalı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Quliyev Namiq Abbasqulu oğlu dünyasını dəyişib.
Qeyd edək ki, ötən gün axşam saatlarında duz gölünün kənarında idarəetməni itirən "KIA" markalı nəqliyyat vasitəsi "VAZ 21099" markalı maşınla toqquşub.
***
15 dekabr 21:53
Abşeron rayonu, Masazır-Novxanı yolunda qəza baş verib.
Bakıvaxtı.az bildirir ki, hadisə duz gölünün kənarında qeydə alınıb.
"VAZ 099" markalı maşınla "KIA" markalı nəqliyyat vasitəsi toqquşub.
Nəticədə üç nəfər yaralanıb, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir./apa
















