Bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 71-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Qeyd edilib ki, 7 avtomobilin iştirakı ilə baş verən qəzada avtomobillərə ziyan dəyib.
İlkin olaraq "Mercedes" markalı avtomobil körpü üzərində maneəyə dəyib.
Ondan sonra gələn avtomobillər bir-biri ilə toqquşub./APA
***
08:23
Bakı-Qazax yolunda zəncirvarı qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yolun Ələt qəsəbəsindən keçən hissəsində baş verib. Belə ki, 10-dan çox avtomobil toqquşub.
Nəqliyyat vasitələri arasında bir avtobus, iki yük maşını, üç mikroavtobus və bir neçə minik maşını var./apa
















