• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda iki binaya bir ünvan verilib

CƏMİYYƏT

05 Mart 2024 | 12:32 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda iki binaya bir ünvan verilib

“Ombudsmanın məruzəsi kifayət qədər əhatəli və sistemlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli deyib.

Onun spzlərinə görə, hazırkı reallıqlar çərçivəsində müəyyən işlərin görülməsi bu məruzəni müsbət qiymətləndirməyə imkan verir.

Deputat bildirib ki, məruzədə mövcud problemlərin faktlara əsaslanaraq təqdim olunması mülki, mənzil, təhsil və bu kimi sahələrdə nə kimi məsələlərin olduğunu göstərir:

“Müraciətlərin xeyli hissəsi deputatlara olunan müraciətlərlə üst-üstə düşür. Şəhid ailələrinin, müharibə veteranlarının hüquqlarının müdafiəsi təklifini yüksək qiymətləndiririk. Minimum əməkhaqqı, müavinətlərin artırılması sahəsində addımlar atılır. Müharibə veteranlarının 80 manatlıq müavinətlərinin artırılmasını da müsbət hesab edirik”.

Əli Məsmlinin sözlərinə görə, Bakı şəhəri Nərimanov rayonunda yaşayan Abdullayev Fərman tərəfindən onlara daxil olan müraciətində qeyd edilib ki, hazırda yaşadığı ev 1978-ci ildə təhvil verilib və sakinləri hələ də burada yaşayır. 2011-ci ildə isə yaxınlıqda 16 mərtəbəli bina tikilib və oraya da eyni ünvan qeyd olunub. Buna görə də seçki bülletenləri, təcili tibbi yardım səhv gəlir, ev alqı-satqısında problem yaşayırlar.

“Bu məsələyə də baxılmasını xahiş edərdim”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026