• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

MN: Ordumuz hər an təxribatın qarşısını almağa hazırdır

CƏMİYYƏT

04 Aprel 2024 | 11:14 | Müəllif: Subhan Mahmudov

MN: Ordumuz hər an təxribatın qarşısını almağa hazırdır

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısını üzərində hiss edən Azərbaycan əsgəri torpaqlarımızı göz bəbəyi kimi qoruyur və ehtimal edilən istənilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, çətin relyefli və yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir, fasiləsiz xidmət aparılır.

Döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir.

Qeyd olunub ki, Azərbaycan Ordusu sıralarında xidmət edən vətənpərvər gənclər komandirlərin onlara aşıladığı hərbi biliklər sayəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlirlər.


MN: Ordumuz hər an təxribatın qarşısını almağa hazırdırMN: Ordumuz hər an təxribatın qarşısını almağa hazırdırMN: Ordumuz hər an təxribatın qarşısını almağa hazırdır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026