• Bakı 16° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Bakıda polisi maşın vurdu

HADİSƏ

29 Sentyabr 2022 | 10:18

Bakıda polisi maşın vurdu

Bakıda yol hərəkətini tənzimləyən polis əməkdaşını avtomobil vurub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpekti, "Kukla" teatrının yaxınlığında qeydə alınıb.

Belə ki, polis serjantı Ağamalıyev Ramin Rasim oğlu həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub. Yaralı dərhal Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib, vəziyyəti normaldır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli  bildirib ki, hazırda faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır: "Yaralı polis serjantı hospitala yerləşdirilib və nəzarətə götürülüb". /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026