Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın söndürülüb.
Bu barədə Bakıvaxtı.az FHN-ə istinadən xəbər. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub və yanğın söndürülüb.
***21:31
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın olması barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğın baş verən ərazidən əldə etdiyimiz videonu təqdim edirik:
















