• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İmişlidə minik və yük avtomobilləri toqquşdu - xəsarət alanlar var

HADİSƏ

05 Oktyabr 2022 | 21:11 | Müəllif: Subhan Mahmudov

İmişlidə minik və yük avtomobilləri toqquşdu - xəsarət alanlar var

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, Bəhrəmtəpə-İmişli avtomobil yolunda minik avtomobili qarşıda gedən yük maşınına çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan Ağdam rayon sakini, Əliyev Fuad Əlimərdan oğlu və Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Məhərrəmov Alişan Vidadi oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılara İmişli Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım göstərilib. Sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR