La Liqada 35-ci turun daha bir oyunu “Betis”lə “Barselona” arasında keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, meydana çıxarkən katalon klubunun futbolçuları Kral Kubokunu qazanan “Betis”lilər üçün şərəf dəhlizi açıblar.
Çempionluqdan əlini üzən Xavinin yetirmələri 76-cı dəqiqədə hesabı açsalar da, onların sevinci cəmi üç dəqiqə çəkib (oxu.az). Lakin katalonlar təslim olmayaraq matçın əsas vaxtına əlavə edilmiş dördüncü dəqiqədə (90+4) qələbə qolunu vurublar – 1:2.
Qeyd edək ki, tura “Real” və “Atletiko” arasındakı Madrid derbisi ilə yekun vurulacaq.
















