• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ronaldo 500 km-lik velosiped yürüşünə çıxdı

İDMAN

06 Iyun 2022 | 13:11

Ronaldo 500 km-lik velosiped yürüşünə çıxdı

Braziliya millisinin sabiq futbolçusu Ronaldo 500 km-lik velosiped yürüşünə çıxıb.

Bakıvaxtı.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı keçmiş hücumçu "Valyadolid"in İspaniya La Liqasına yüksəlməsi səbəbindən bu addımı atıb.

2018-ci ildən klub səhmlərinin 51 faizinə sahib olan funksioner açıqlamasında vədinə sadiq qaldığını bildirib: "Qaça bilməyəcəyim üçün bunu velosipedlə edəcəyəm. Fiziki cəhətdən əziyyət çəkəcəyimi bilirəm. Amma mənim üçün unudulmaz təcrübə olacaq".

Qeyd edək ki, Ronaldo 1994 və 2022-ci illərdə Braziliya yığması ilə dünya çempionu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026