• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Baş prokuror helikopter qəzasını xüsusi nəzarətə götürdü

HADİSƏ

30 Noyabr 2021 | 16:25 | Müəllif: Subhan Mahmudov

Baş prokuror helikopter qəzasını xüsusi nəzarətə götürdü

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində 14 nəfər həlak olmuş 2 nəfər xəsarət almışdır.

Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülmüşdür.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026