• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şabranda çay evlərinin sahibləri saxlanıldı

HADİSƏ

30 Dekabr 2021 | 14:44

Şabranda çay evlərinin sahibləri saxlanıldı

Şabranda karantin rejimi qaydalarını pozan çay evlərinin sahibləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evlərinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərmələri aşkar edilib.

Obyektlərin sahibləri rayon sakinləri Nicat Orucov və Elmar Şərifov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib.

Çay evində olan digər şəxslər barəsində də qanunvericiliyə uyğun tədbirlər görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026