• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bakıda məşhur gecə klubunda DAVA: Saxlanılanlar var - VİDEO (YENİLƏNİB )

HADİSƏ

29 Yanvar 2022 | 11:50 | Müəllif: Subhan Mahmudov

Bakıda məşhur gecə klubunda DAVA: Saxlanılanlar var - VİDEO (YENİLƏNİB )

Daxili İşlər Nazirliyi (DİN) Bakıda ərəb turistlərin kütləvi davası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, paytaxtın Nizami rayonunda gecə klubunda ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi davanın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Hadisə ilə bağlı qeyd edək ki, insident ölkəmizə turist kimi gələn 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib. Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib. Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Hadisə zamanı xidmətdə olan olan Nizami Rayon Polis İdarəsinin əməkdaşları onları ərazi üzrə 25-ci Polis Şöbəsinə dəvət ediblər. Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədikləri bildiriblər. İzahatları alınandan sonra isə həmin şəxslər sərbəst buraxılıblar", - məlumatda qeyd edilib.

-------

***

Bakının Nizami rayonunda kütləvi dava düşüb.

Bakıvatxı.az-ın məlumatına görə, dava dünən saat gecə 12 radələrində "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "X-Life" gecə klubunun yaxınlığında baş verib.

Ərazidə yaşayan sakinlərin dediklərinə görə, əraziyə polis əməkdaşları cəlb olunub, bir neçə nəfər saxlanılıb.(trend)

c


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026