• Bakı 22° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Fəhlə çoxmərtəbəli binadan yıxılaraq öldü

HADİSƏ

28 Fevral 2022 | 10:34 | Müəllif: Qalib İbrahimoğlu

Fəhlə çoxmərtəbəli binadan yıxılaraq öldü

Bakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb.

Bu barədə Bakıvaxtı.az-a Suraxanı Rayon Prokurorluğundan bildirilib.

Verilən məlumata görə, fevralın 27-də paytaxtın Suraxanı rayonu ərazisində Biləsuvar rayon sakini Tərlan Əlizadənin hündürlükdən yıxılaraq xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, “North East Construction” MMC-nin Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində inşa etdiyi çoxmərtəbəli binanın tikinti sahəsində fəhlə işləyən Tərlan Əlizadə iş vaxtı hündürlükdən yıxılaraq aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR