• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Mingəçevirdə DƏHŞƏT: Özünü yandıran gənc ÖLDÜ - YENİLƏNİB

HADİSƏ

29 Yanvar 2022 | 10:57 | Müəllif: Qalib İbrahimoğlu

Mingəçevirdə DƏHŞƏT: Özünü yandıran gənc ÖLDÜ - YENİLƏNİB

Yanvarın 28-də Mingəevirdə özünü yandıran şəxs vəfat edib.

Bakıvaxt.az xəbər verir ki, üzərinə benzin tökərək özünü yandıran Mingəçevir şəhər sakini, Əzməmmədov Rəsul Ramiz oğlunun həyatını qurtarmaq mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq. o dünyasını dəyişib.

***

28 yanvar, saat 16:41

Mingəçevir sakini özünü yandıraraq intihara cəhd edib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin M.Maqomayev küçəsində baş verib. Belə ki, şəhər sakini, 1995-ci il təvəllüdlü Əzməmmədov Rəsul Ramiz oğlu gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb.

Alov ətrafdakıların köməyilə söndürülsə də, ağır yanıq xəsarərləri alan gənc xəstəxanaya çatdırılb. Onun paytaxt klinikalarından birinə köçürülməsi nəzərdə tutulur.

İntihara cəhdin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026