• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Baxmutda döyüşlər səngiyir: Səbəbi məlum oldu

DÜNYA

28 Mart 2023 | 13:21 | Müəllif: Qalib İbrahimoğlu

Baxmutda döyüşlər səngiyir: Səbəbi məlum oldu

Baxmutda döyüşlərin sayı azalıb.

Bakıvaxtı.az unian-a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

Onun sözlərinə görə, ancaq bu, işğalçıların hücumunun səngiməsi ilə əlaqəli deyil. S.Şerevatı hesab edir ki, bunun tamamilə başqa səbəbi ola bilər.

"Son üç gündə döyüşlərin sayı azalıb, lakin burada ciddi təhlilə ehtiyac var - bu, qoşunların müəyyən şəkildə yenidən qruplaşdırılması ola bilər. Düşünürəm ki, növbəti günlər və ya bir həftə bunun nə olduğu göünəcək”, - deyə Çerevatı qeyd edib.

Onun sözlərinə görə, Baxmut istiqamətində işğalçıların əsas zərbə qüvvəsi "Vaqneritlər" olaraq qalır, lakin onlar nizami qoşunlarla gücləndirilib.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR