• Bakı 20° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Bayden və III Çarlz arasında görüş keçirilir

DÜNYA

10 Iyul 2023 | 17:41

Bayden və III Çarlz arasında görüş keçirilir

ABŞ Prezidenti Cozef Bayden Avropa turnesi çərçivəsində Böyük Britaniya Kralı III Çarlzla görüşmək üçün Vindzor qalasına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Bildirilib ki, liderlərin müzakirə mövzusu arasında ətraf mühitin mühafizəsi ilə bağlı məsələlər də var.

Qeyd edək ki, C.Bayden artıq Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşüb. Onlar ABŞ ilə Britaniya arasında ikitərəfli əlaqələri müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026