• Bakı 18° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Belarus - Ukrayna sərhədində güclü yanğın başladı

DÜNYA

10 Avqust 2023 | 16:24

Belarus - Ukrayna sərhədində güclü yanğın başladı

Belarusun Mozırsk neft emalı zavodunda yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Belarusun Fövqəladə Hallar Nazirliyi yayıb.

Bildirilib ki, yanğın Qomel vilayətinin Mozırsk şəhərindəki “Mozırsk Neft Emalı Zavodu” Açıq Səhmdar Cəmiyyətinin ərazisində qeydə alınıb.

Xilasedicilər benzin istehsalı bölməsinin klapanında yaranan yanğını söndürüblər.

Məlumata görə, hadisə nəticəsində ölən və yaralanan yoxdur. Yanğının səbəbi araşdırılır.

Qeyd edək ki, Qomel vilayəti Ukrayna ilə sərhəddə yerləşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026