• Bakı 19° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Beynəlxalq aktorlar İsrailin hücumlarını... - İrandan AÇIQLAMA

DÜNYA

29 Oktyabr 2024 | 16:37 | Müəllif: Əli Hüseynov

Beynəlxalq aktorlar İsrailin hücumlarını... - İrandan AÇIQLAMA

İranın xarici işlər naziri Abbas Erakçi bəyan edib ki, bütün beynəlxalq aktorlar İsrailin Livan və Fələstinə hücumlarını dərhal dayandırmaq üçün səy göstərməlidirlər.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Tehranda xarici ölkələrin səfirləri və diplomatik nümayəndələri ilə görüşən Erakçi İsrailin ölkəsinə hücumundan sonra baş verənləri dəyərləndirib.

Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan hər bir dövlətin, Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Komissiyası çərçivəsində beynəlxalq hüququn ciddi pozuntularına qarşı dərhal və birgə tədbirlər görmək öhdəliyi olduğuna diqqət çəkən Erakçi qeyd edib: 

“Biz Qəzza və Livandakı hücumlar dayandırılmayana qədər bölgənin sülh tapmayacağına inanırıq”. 

Yalnız İsrailin maraqlarını düşünən Qərb ölkələrinin planlarının iflasa məhkum olduğunu bildirən Erakçi İsrailin beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyini və BMT Təhlükəsizlik Şurasının BMT Nizamnaməsinin kobud şəkildə pozulduğunu diqqətə çatdırıb: 

 “Sülhə təhdidlər, sülhün pozulması və təcavüz aktları ilə bağlı hərəkətlər edilir".

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR