• Bakı C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.7943

    RUB - 1.5024

KTMT-nin növbəti sessiyası gələn il Qırğızıstanda keçiriləcək

DÜNYA

28 Noyabr 2024 | 15:25

KTMT-nin növbəti sessiyası gələn il Qırğızıstanda keçiriləcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sessiyası 2025-ci ilin dördüncü rübündə Qırğızıstanda keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov qurumun sessiyasının yekunlarına dair bildirib.

"Biz 2025-ci ildə regional və beynəlxalq vəziyyətə dair ümumi baxışların formalaşdırılması üçün xarici siyasət sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə diqqət yetirmək niyyətindəyik", - S.Japarov qeyd edib.

Qırğızıstan lideri həmçinin vurğulayıb ki, təşkilata sədrlik dövründə diqqət bioloji təhlükəsizliyin təmin edilməsinə, manipulyasiya yolu ilə gəncləri radikallaşmağa sövq edən destruktiv teologiya ilə mübarizəyə yönəldiləcək.

O eyni zamanda hər il kibertəhlükəsizlik üzrə beynəlxalq konfransın keçirilməsini təklif edib.


SON XƏBƏRLƏR